Rusiya əsgərləri Ukraynada mağazaları qarət edirlər - VİDEO

Ukraynanın Melitopl şəhərinə girən rusiyalı hərbçilər mağazaları qarət edirlər.

Buta.media-nın xəbərinə görə, bu barədə Riamelitopol Telegram kanalı video yayıb.

Kadrlarda iki rusiyalı hərbçinin mağazadan ərzaq və digər əşyaları çxardıqları görünür.

Xatırladaq ki, fevralın 24-də səhərt saatlarında Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb.

İlk saatlardan Rusiya ordusu Çerniqovsk, Sumı, Luqansk, Xarkov əyalətləri istiqamətində sərhədi keçib.

Hücumdan əvvəl Rusiya Ukraynanı artilleriya və raket atəşlərinə tutub

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ