Bakıda itkin düşərək tapılan kursant hərbi akademiyadan xaric olunub

İtkin düşdükdən üç gün sonra hərbi polis tərəfindən tapılan Heydər Əliyev adına Hərbi Akademiyanın kursantı akademiyadan xaric olunmasına qərar verilib.

Buta.media xəbər verir ki, APA-nın əldə etdiyi xəbərə görə, bununla bağlı akademiyanın hərbi şurasının iclası keçirilib.

Qəbul edilmiş qərara əsasən Hüseynli Vüsal Elşən oğlu əsaslı səbəb olmadan təyin olunan vaxtda hərbi təhsil müəssisəsinə qayıtmadığına görə məktəbdən qovulacaq.

Qeyd edək ki, 2000-ci il təvəllüdlü Hüseynli Vüsal Elşən oğlu fevralın 13-ü akademiyaya getmək üçün yaşadığı Sumqayıtdan Bakıda yola düşüb. Bundan sonra ondan xəbər olmayıb.

Aparılan axtarış tədbirləri nəticəsində Vüsal Hüseynli üç gün sonra hərbi polis tərəfindən tapılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ