Azərbaycanda ağır qəza baş verib: ölənlər var - foto

Kəlbəcər rayonu Comərt kəndində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Bu barədə APA məlumat yayıb.

Şirvan şəhər sakini 1981-ci il təvəllüdlü Rəhim Şahbazov “Howo” markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib.

Nəticədə adıçəkilən sürücü və sərnişin 1998-ci il təvəllüdlü Bəhrəm Sadıqov hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ