Azərbaycana dəhşət: Övlad toyuna görə gəlmişdilər - Meyitləri tapıldı

Lənkəranda Rusiya vətəndaşlarının meyiti tapılıb.

APA xəbər verir ki, bu gün Lənkəran rayonunun Şilim kəndində Rusiya vətəndaşları olan 1974-cü il təvəllüdlü Qalib Sərdar oğlu Bağırov və həyat yoldaşı 1979-cu il təvəllüdlü Nəfisə Sahib qızı Bağırovanın meyitləri qaldıqları evdə tapılıb.

Onların 3 gün əvvəl Lənkərana övladlarına toy etmək üçün gəldikləri bildirilir. Bu səhər yaxınları hazırlıq işləri görmək üçün onlara gedib və evdə meyitlərini aşkarlayıblar.

İlkin ehtimala görə, ər və arvad dəm qazından boğularaq ölüblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ