Arvadını beşinci mərtəbədən atan Ramiz Taxveli vəfat etdi

Arvadını yaşadıqları mənzilin balkonundan ataraq xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən “Buta Palace”ın keçmiş art direktoru Ramiz Taxveli vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, Taxveli bu yaxınlarda müalicə aldığı psixatriya xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, Rasim Taxveli 2018-ci ildə 30 yaşlı arvadı Adelya Taxvelini evinin balkonundan ataraq qəsdən öldürüb. 

İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırlıb. Hökmə əsasən Taxveli verilmiş ittihamla təqsirli bilinib. Lakin anlaqsız vəziyyətdə olduğuna görə cəzadan azad edilib, psixatriya xəstəxanasında məcburi müalicəyə cəlb edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ