Sinoptiklər sabaha yağıntılı hava vəd edirlər

Martın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Havanın temperaturu gecə 3-6 dərəcə isti, gündüz 6-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85% olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ