“TikTok” bu ölkədə külli miqdarda cərimələndi

Çinin “TikTok” sosial şəbəkəsi İtaliyada 10 milyon avro cərimələnib.

İtaliyanın Rəqabətə Nəzarət Təşkilatı sosial şəbəkəni paylaşımların məzmununa nəzarət etməməkdə və uşaqların həyatına risk yaratmaqda ittiham edir.

Bildirilir ki, sosial şəbəkədə yayılan məlumatların məzmununa nəzarət qeyri-adekvatdır. Bəzi paylaşımlar uşaqların fizioloji və psixi inkişafına mənfi təsir göstərir.
  

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ