Zəhra küçədə belə diləndirilib - VİDEO

İtkin düşmüş 3 yaşlı Zəhra Bağırzadə artıq tapılıb.

Buta.media xəbər verir ki, Primetime.az-da azyaşılının əlindən bir qadının tutduğu və ondan istifadə edərək diləndiyini əks etdirən görüntülər yayılıb. Həmin şəxsin Masallı rayon sakini Təzəgül Nəzərova olduğu bildirilir. O, artıq polis əməkdaşları tərəfindən saxlanılıb.

Xatırladaq ki, azyaşlı “Neftçilər” metro stansiyası yaxınlığında tapılıb. Zəhranın atası qızının polislər tərəfindən tapıldığını bildirib.

Məlumat üçün qeyd edək ki, 2 gün əvvəl Z. Bağırzadə evlərinin qarşısından naməlum şəraitdə yoxa çıxmışdı.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ