Direktor işində nöqsana yol verdi: Vəzifəsindən azad olundu

Şahbuz rayon Türkeş kənd tam orta məktəbinin direktoru işində yol verdiyi nöqsana görə vəzifəsindən azad olunub.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müvafiq əmr imzalanıb.

Bildirilib ki, martın 12-də Şahbuz rayon Türkeş kənd tam orta məktəbinin direktoru Elminə Məmmədova vəzifə səlahiyyətlərini kobud şəkildə pozduğu və eyni zamanda fəaliyyətində ciddi nöqsanlara yol verdiyi üçün vəzifəsindən azad olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ