Azərbaycanda əlaçı şagird özünü öldürdü

Azərbaycanda şagird intihar edib. Bakupost.az xəbər verir ki, hadisə dünən axşam saatlarında Beyləqan rayonunda qeydə alınıb.

Rayonun Yuxarı Aran tam orta məktəbinin 8-ci sinif şagirdi özünü öldürüb.

Hadisə zamanı o, evdə tək olub. İntiharın səbəbi bilinmir, araşdırma aparılır.

Qeyd edək ki, o, bu gün dəfn olunub. Bildirilir ki, o, əlaçı şagirdlərdən olub, olimpiadalarda iştirak edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ