Azərbaycanda fotoqraf və iki dostu dəhşətli qəzada öldülər - foto

Ötən gecə Göyçay rayonunun Müskürlü kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza zamanı “Kia” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb. Nəticədə avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Xəqani Bağırov və iki sərnişini - 1991-ci il təvəllüdlü Asif Gülməmmədovla Elçin Əsgərov hadisə yerində ölüblər. Daha bir sərnişin isə ağır xəsarət alıb.

Bildirilir ki, qəzaya düşən “Kia Sportage” markalı avtomobil “Rent a car”a məxsus olub və icarə əsasında Xəqani Bağırov tərəfindən idarə edilirmiş.

X.Bağırov Göyçayda tanınmış fotoqraf olub. Hadisənin onun dostları ilə birgə toydan çıxıb evə gedərkən baş verdiyi bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ