“Qobu Park”da məktəblini itlər parçalayıb - video

Daxili İşlər Nazirliyi ötən gün “Qobu Park”da azyaşlının itlərin hücumuna məruz qalması məsələsinə münasibət bildirib.

Qurumun Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev faktı təsdiqləyib:

“Hadisə Qaradağ rayonu ərazisində baş verib. Sahibsiz it 2014-cü il təvəllüdlü uşağa hücum edib. Uşaq xəstəxanaya yerləşdirilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək”.

10:12

Qobu qəsəbəsində azyaşlını itlərin parçaladığı bildirilir.

Bu barədə Oxu.Az saytı görüntülər yayıb.

“Qobu Park”da itlərin hücumuna məruz qalan uşağın üç və ya dördüncü sinif şagirdi olduğu bildirilir. 

Qeyd olunur ki, hadisə barədə uşağın valideynləri xəbərsiz olub. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ