Ramiz Mehdiyevin vəziyyəti ağırlaşdı

Prezident Administrasiyasının eks-rəhbəri, keçmiş AMEA prezidenti Ramiz Mehdiyevin səhhətində ciddi problem yaranıb.

Bu barədə Gununsesi.info məlumat yayıb.

Məlumatda bildirilir ki, sabiq PA rəhbəri bir neçə gün əvvəl səhhətində yaranmış problemə görə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Həkim müdaxiləsinə baxmayaraq, onun vəziyyəti daha da ağırlaşıb.

Bir sutka həkim nəzarəti altında qalan 85 yaşlı Mehdiyevi ailəsinin istəyinə əsasən özəl təyyarə ilə İsrailə aparıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ