Qarabağ Universiteti ilə bağlı ilk vakansiya elan edildi

Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə ilk vakansiya elan edilib.

Bu haqda Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tələblərə cavab verən namizədlər müraciətlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya üzrə müraciətlər martın 15-dək qəbul olunur. Namizədlər ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ