Azərbaycanda istirahət mərkəzində güclü yanğın olub - video

Lerikdə yerləşən “Təbəssüm” istirahət mərkəzində güclü yanğın olub.

Bununla bağlı sosial şəbəkədə video paylaşılıb. 

Hadisə sübh saatlarında qeydə alınıb. Yanğın zamanı mərkəzdə yerləşən beş qonaq evi tamamilə kül olub. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ