Öldüyü deyildiyi Nurayın anası açıqlama verdi - video

Azərbaycanda şagirdin xəstəlikdən öldüyü barədə yayılan xəbərlərlə bağlı anası açıqlama verib.

Biləsuvar şəhərində yerləşən Mübariz İbrahimov adına liseyin doqquzuncu sinif şagirdi Nuray Əmirlinin anası qızının ölmədiyini və əməliyyat olduğunu bildirib:

“Nuray yaxşıdır, müalicələr davam edir, əməliyyat uğurlu keçib”.

Biləsuvar şəhərində yerləşən Mübariz İbrahimov adına liseyin 9-cu sinif şagirdi vəfat edib.

Bu barədə Mübariz İbrahimov adına lisey məlumat yayıb.

“Dərin hüzn və kədər hissi ilə bildiririk ki, şagirdimiz Nuray Əmirli xəstəlik səbəbindən dünyasını dəyişib. O, kompleksin 9-cu sinif şagirdi idi. Şagirdimizə Allahdan rəhmət, ailəsinə səbir diləyirik”, - məlumatda bildirilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ