Rayon yollarında “Qırmızı Kitab”a düşən quşlar satılır? - Foto

Sosial şəbəkədə ovlanması qadağan olunan, “Qırmızı Kitab”a daxil edilmiş quşların və heyvanların qanunsuz ovlanaraq yol kənarında, rayon bazarları və restoranlarda satılması ilə bağlı məlumat yayılıb. 

Bu barədə “Ecofront” feysbuk səhifəsində paylaşım edilib. Səhifə aidiyyəti qurumları bununla bağlı reyd keçirməyə çağırıb. 

Şərhlərdə iddia olunub ki, belə quşlar Xirmandalı yolu və Biləsuvar yolunun girişi, Hacıqabul rayonunun Padar yolunda satılır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi bildirildi ki, bununla əlaqədar müvafiq tədbirlər görülür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ