Natiq Məmmədliyə yeni vəzifə verildi

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının ilk iclası keçirilib.

İclasda Əməkdar jurnalist Natiq Məmmədli Müşahidə Şurasının səsverməsi ilə Agentliyin İcraçı direktorunun müavini təyin edilib.

Qeyd edək ki, Natiq Məmmədli bu təyinatadək Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ