Prezident onu təltif etdi - foto

Prezident İlham Əliyev Məhərrəm Camal oğlu Əhmədovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. 

Bununla bağlı Prezident.az məlumat yayıb. 

Sərəncama əsasən, M.Əhmədov Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, Məhərrəm Camal oğlu Əhmədov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini (2005–h. h.), Məhəmməd Füzulinin 500 illik və "Kitabi Dədə Qorqudun" 1300 illik yubileyi üzrə Dövlət Komissiyalarının işçi qrupunun rəhbəri (1994–1997), Azərbaycan Respublikasının 2-ci dərəcə dövlət müşaviri, Əməkdar dövlət qulluqçusudur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ