Azərbaycanda sinif otağını su basdı: Şagirdlər çətin vəziyyətdə - VİDEO

Xaçmaz rayonu İstisu qəsəbə tam orta məktəbi qəzalı vəziyyətdədir. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, şagirdlər dərs keçən zaman sinif otağına qar-yağış suları damıb.

Həmin vaxt şagirdlər çətin vəziyyətdə qalıblar. 

Quba-Xaçmaz Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, daha əvvəl də sözügedən məktəbin təmir-tikinti ehtiyacları müəyyən edilib:

“Bu barədə aidiyyəti qurumlara məlumat verilib. Sonuncu güclü qardan sonra çətin vəziyyət yaranıb və bu, məktəbin təmiri üçün çox zamanın olmadığını göstərir. Məktəbin təmir imkanlarının qiymətləndirilməsi məqsədilə idarədə müvafiq komissiya yaradılıb. Məktəbə baxış keçirilib”.

İdarədən vurğulanıb ki, məktəbin şagirdlərinin yaxın ərazidə yerləşən digər təhsil ocağına köçürülməsi üçün təhlillər aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ