Bakı - Sumqayıt avtobusunun gediş qiyməti neçə olacaq?

Xəbər verdiyimiz kimi, yanvarın 21-dən Bakı - Sumqayıt istiqamətində yeni marşrut xətti fəaliyyətə başlayacaq.

“Qafqazinfo”nun məlumatına görə, bu marşrutda gedişhaqqı 0.80 azn təşkil edəcək və ödənişlər nağdsız qaydada olacaq.

Qeyd edək ki, ekspres marşrut xətti Bakı Avtovağzalından Sumqayıt Avtovağzalına və əks istiqamətə olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ