Bakı-Sumqayıt yolunda ekspres xətt açılır - video

“BakuBus” MMC yanvarın 21-dən Bakı-Sumqayıt marşrut xətti üzrə fəaliyyətə başlayacaq.

Bu barədə “Baku Bus” MMC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatında qeyd edilib.

Müvafiq videoçarx sosial şəbəkə üzərindən “Baku Bus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva tərəfindən paylaşılıb. 

Məlumata görə, ekspres marşrut xətti Bakı Avtovağzalından Sumqayıt Avtovağzalına və əks istiqamətə olacaq. Bu xəttə buraxılacaq avtobuslar komfortlu nəqliyyat vasitəsi hesab olunur.

Hər biri 48 oturacaqdan ibarət olan avtobuslarda sərnişinlərin yüklərini yerləşdirə bilmələri üçün baqaj bölməsi də mövcuddur.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ