Bakıda binanın lifti qırılıb, xəsarət alanlar var

Bakıda yaşayış binasında lift qırılıb.

Buta.media-nın xəbərinə görə, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospekti yerləşən binada baş verib.

İnsident nəticəsində dörd nəfər xəsarət alıb.

Onlardan 2 nəfər böyük (1 kişi cinsli, 1 qadın cinsli olmaqla) və 1 uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ