“Yoldaşım iki gün mənimlə danışmadı, məcbur olub ona dedim” - video

Xəbər verdiyimiz kimi, “Milyonların şousu” intellektual verilişində ilk dəfə iştirakçı sonuncu suala qədər gəlib çıxa bilib. Tanınmış oftalmoloq Namiq Mustafayev 25 min manat qazanaraq rekord qırıb.

N.Mustafayev çəkiləndən 4 ay sonra yayımlanan verilişdə qazandığı məbləğdən yalnız həyat yoldaşının xəbərdar olduğunu açıqlayıb: 

“Mən, demək olar ki, əvvəlki oyunları izləmişdim və adətən, hansı sualların verildiyini təxmin edirdim. Çalışdım ki, onlara hazırlaşım... Oğlum dedi ki, mənə nəticəni demə, mən oyuna baxacağam. Biz bilmirdik ki, verilişin göstərilməsi 4 ay çəkəcək, 2 həftə, 1 ay gözləyirdik. Əvvəlcə dözmək çətin idi, sonra artıq hamının yadından çıxdı. Yeganə bilən həyat yoldaşım idi, o da 2 gün mənimlə danışmadı, məcbur olub ona dedim”.

Qeyd edək ki, Namiq Mustafayev 15-ci suala cavab verməkdən imtina edərək oyunu dayandırıb. O, veriliş tarixində sonuncu suala qədər gələrək sözügedən məbləği qazanan yeganə iştirakçıdır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ