Prezidentin təyin etdiyi Hidayət Əzimov kimdir? – DOSYE

Müdafiə sənayesi nazirinə yeni müavin təyin olunub.

Azərbaycan Prezidentinin 11 yanvar 2024-cü il tarixli Sərəncamı ilə bu vəzifəyə Hidayət Əzimov təyin edilib.

Artıq yeni nazir müavini ilə bağlı məlumat nazirliyin saytındakı müvafiq bölmədə yerləşdirilib.
Ətraflı

Hidayət Ağanəcəf oğlu Əzimov 1985-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə təhsil alıb.

Bu təyinata qədər o, Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tutduğu vəzifədən azad olunub. O, 2006-cı ildən, Müdafiə Sənayesi Nazirliyi yarandığı dövrdən nazir müavini vəzifəsini tuturdu.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ