Azərbaycanda güclü külək əsəcək - sinoptiklər xəbərdarlıq ediblər

Sabah, yanvarın 3-də, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq.

Bundan əlavə, sinoptiklər xəbərdarlıq ediblər ki, Bakıda və Abşeron yarımadasında yanvarın 2-si günün ikinci yarısından 3-ü səhərədək cənub-qərb küləyinin 15-18 m/s, 03-ü günün ikinci yarısında isə qısa müddətə şimal-qərb küləyinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Yanvarın 3-4-də əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin 15-18 m/s, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ