Azərbaycanda stadion yandı – video

Gəncə şəhərində “Kəpəz” futbol klubunun stadionu ərazisində yanğın olub.

KONKRET.az xəbər verir ki, hadisə stadionun tikintisi aparılan ərazinin yaxınlığında mühafizə konteyneri olan ərazidə baş verib.

Hadisə yerinə Gəncə Yanğından Mühafizə İdarəsinin yanğın söndürənləri cəlb olunub.

Yanğın söndürülüb. İlkin məlumata görə, yanğın elektrik naqillərindəki qısaqapanmadan baş verib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ