BSU-nun rektoru 400 min manatlıq avtomobil aldı - FOTO

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva özünə lüks avtomobil alıb.

Buta.media xəbər verir ki, Bakupost.az -ın əldə etdiyi məlumata görə, 2016-cı il istehsalı olan 90-HT-010 dövlət nömrə nişanlı "Mercedes S-400" model avtomobilin Azərbaycanda ortalama bazar qiyməti 90-100 min dollardır. 

Maşının 2019-cu il buraxılışının qiyməti isə Bakıda 230 min dollara (392 min manat) satılır.

Xanım rektorun maşınının isə xüsusi yığılmış avtomobil olduğu və əvvəlki sahibinə 250 min dollara başa gəlditi bildirilir. 

Qeyd edək ki, lüks avtomobil etibarnamə ilə rektorun köməkçisinin adına rəsmiləşdirilib. N. Əliyeva artıq bir neçə aydır, bu bahalı maşından istifadə edir.

Avtomobilin fotosunu təqdim edirik:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ