Aylarla gözləyən anaların bugünkü sevinci - Video

“Onu çox gözəl qarşılamaq, 8 ayın acılarını unutdurmaq istəyirik çünki balam çox əziyyət çəkdi”.

İctimai TV xəbər verir ki, bu sözləri erməni əsirliyindən azad edilən Hüseyn Axundovun anası Şəlalə Axundova bildirib.

“Ona görə hər şeyi balama unutdurmaq istəyirəm. Onu çox gözəl qarşılamaq, hər şey eləmək istəyirik. Bir daha dönə-dönə cənab Prezidentimizə minnətdarlığımı bildirirəm. Prezidentimizə demək istəyirəm ki, balamı ömürlük həbsdən sonra azad etdiyi üçün ona minnətdaram, qarşısında baş əyirəm. Allah ona ömür versin”, - sevincli ana bildirib.

Ş.Axundova qeyd edib ki, erməni əsirliyindən azad edilən digər hərbçi Aqşin Bəbirovun anası ilə mütəmadi əlaqədə olub:

“Bundan sonra bizim dostluğumuz davam edəcək. Gecədən səhər 4-ə qədər planlarımızdan, xəyallarımızdan, övladlarımızı necə qarşılayacağımızdan danışmışıq”.

Əsirlikdən azad edilən A.Bəbirovun anası Dürdanə Bəbirova oğlunun azad olunma xəbərini göz yaşları ilə qarşılayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ