ANAMA əməkdaşı Ağdamda minaya düşdü

Ağdamda mina partlayışı baş verib.

Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Agentliyin əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib. Vəziyyəti qənaətbəxşdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ