Bakıda məşhur bazarda güclü yanğın: ölən var - video

Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

08:00

Bakının Binəqədi rayonunda güclü yanğın hadisəsi başlayıb. Hadisə Dərnəgül şosesində yerləşən taxta bazarında qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Yanğının söndürülməsi üçün əraziyə kifayət qədər texnika və canlı qüvvə cəlb olunub. 

Hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ