Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə ölüb

Şabranda Vətən müharibəsi iştirakçısı bədbəxt hadisə nəticəsində ölüb.

Rayonun Dəvəçi kəndi ərazisində yerləşən təkər təmiri sexində işləyən 1999-cu il təvəllüdlü Rəfail Əzimovun təmir işi görərkən yük maşınının təkərinin partlaması nəticəsində almış olduğu xəsarətlərdən dünyasını dəyişib.

Məlumata görə, R.Əzimov qardaşına kömək etmək məqsədilə sexə gəlibmiş.

Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ