Ayxan Hacızadə USAİD direktoruna cavab verib

Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin Ermənistana miqrasiyasını məcburi köç adlandırmaq əsassız və ədalətsizdir.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “X” platformasında USAID direktoru Samanta Puerin paylaşımına cavab kimi belə qeyd edib. 

O, Pauerin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini iğalda saxladığı təxminən 30 il boyunca Ermənistan əleyhinə heç bir fikir səsləndirilmədiyini, əksinə hətta post-münaqişə mərhələsində belə beynəlxalq hüququn və Ermənistanın öhdəliklərinin ziddinə bəyanatlar verdiyini qeyd edib.

Ayxan Hacızadə Samanta Pauerin regiona səfəri zamanı Ermənistana miqrasiya etmiş ermənilərlə görüşdüyünü, lakin növbəti gün Ermənistanın təcavüzü nəticəsində fundemanetal hüquqlarından məhrum edilmiş azərbaycanlı qaçqın və məcburi köçkünlələrlə görüşdən imtina etdiyini xatırladıb.

Vurğulayıb ki, təxminən 30 illik işğal boyunca sayı 10 dəfə çox olan azərbaycanlı qaçqın və məcburi köçkünlərin üzləşdiyi ağır vəziyyəti öyrənmək üçün bir dəfə də olsun USAİD rəhbərliyi səviyyəsində ziyarət baş tutmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ