Bakıda psixi pozuntusu olan şəxs qadını qorxutdu - video

Bakıda vətəndaş əqli məhdudiyyətli şəxsin onu izlədiyini və narahat etdiyini iddia edib.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. Paylaşımı edən xanım iddia edir ki, hadisə axşam saatlarında paytaxtın 9-cu mikrorayon ərazisində, Miri Cəlal küçəsi 105 ünvanında baş verib.

Xanım iddia edir ki, həmin şəxs onu artıq bir neçə gündür bu formada təqib edib. Ona irad bildirdiyində isə şəxs xanıma “mənə heç kim heç nə edə bilməz” deyib.

Xanım faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət etsə də, həmin şəxslə bağlı tədbir görülmədiyi səbəbindən məsələni ictimailəşdirmək qərarına gəlib.

Mövzu ilə əlaqədar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev qeyd edib ki, sözügedən şəxs həqiqətən də əqli məhdudiyyətlidir:

“Sosial şəbəkələrdə əqli məhdudiyyətli şəxsin hərəkətləri ilə bağlı paylaşılan görüntülər araşdırılıb. Bakı şəhəri Binəqədi rayon sakininin noyabrın 13-də müraciəti əsasında aparılan araşdırmalar çərçivəsində onun valideyni polis oqranına dəvət olunaraq izahatı alınıb. O, izahatında oğlunun əqli məhdudiyyətli və 2-ci qrup əlil olduğunu bildirməklə müvafiq sənədləri təqdim edib. Vətəndaşla profilaktiki söhbətlər aparılıb və qanunamüvafiq tədbir görülüb”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ