Bakı-Quba yolunda dəhşətli qəzanın videosu

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Sosial şəbəkələrdə paylaşılan videogörüntülərdə iki yük avtomobilinin toqquşması anı əks olunub.

Xatırladaq ki, qəza noyabrın 8-də Bakı-Quba yolunun 146-cı kilometrliyində qeydə alınıb.

İki yük avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri həyatını itirib, nəqliyyat vasitələri ilə yanaşı, diametri 108 millimetrlik orta təzyiqli yerüstü qaz xətti də deformasiyaya uğrayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ