Bakıda “Prius” “Maserati”ni vurdu - video

Bakıda yol-nəqliyyat hadisəsi olub, avtomobillərin hərəkətində çətinlik yaranıb.

Hadisə paytaxtın Nərimanov rayonu, “Gənclik” metrostansiyası yaxınlığında baş verib.

Belə ki, “Maserati” və “Toyota Prius” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində hər iki avtomobilə ziyan dəyib.

Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ