İlham Əliyev bir neçə ölkəyə yeni səfir təyin edib

Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Vüsal Hacımahmud oğlu Abdullayev Azərbaycan Respublikasının Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib

Prezident İlham Əliyev daha bir sərəncamla Arif Baloğlan oğlu Məmmədovu Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ