Sabah hava necə olacaq? - proqnoz

 

 

 

Oktyabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, havanın temperaturu gecə 13-17° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, yüksək dağlıq ərzilərdə 5°-dək şaxta, gündüz 8-13° isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ