Bu şəxslərin maaşı 400 manatdan 2600 manata yüksəldi

"Gələcəkdə dərman təminatının icbari tibbi sığorta çərçivəsində həll olunmasını hədəfləyirik".

"Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev yenilənmiş Xidmətlər Zərfinin təqdimat mərasimində çıxışı zamanı deyib.

Sədr bildirib ki, bu gün tibb müəssisələrində çalışan ixtisaslar üzrə həkimlərin orta aylıq əməkhaqqı əvvəlki illərlə müqayisədə 400 manatdan 2 600 manatadək yüksəlib.

"Bundan yüksək əməkhaqqı alanlar da var", - sədr vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ