Bu fotosu ilə gündəm oldu - Fotolar

Sosial şəbəkələrdə Samux rayonu Çobanabdallı kənd sakini olan 6-cı sinif şagirdi Arzu Qədimovun maraqlı fotosu yayılıb. Belə ki, sentyabrın 24-ü çəkilən şəkildə məktəblinin qoyunları otararkən dərslərini də oxumağı unutmadığı görünür. 

 xəbər verir ki, “Azərbaycan Universitetləri” səhifəsində paylaşılan məlumatda məktəblinin keçən il Lütfizadə adına Məntiq Olimpiadasında rayon birincisi olduğu da qeyd edilib. 

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə “Qafqazinfo”sorğu ünvanlayıb. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirildi ki, sözügedən foto Arzugilin həyətində anası tərəfindən çəkilib : “11 yaşlı Qədimov Arzu Azər oğlu 23 yanvar 2012-ci ildə Samux rayon Çobanabdallı kəndində anadan olub. Hazırda Samux rayon Çobanabdallı kənd H.Zərdabi adına tam orta məktəbin 6-cı sinif şagirdidir. Məktəbdə oxuduğu müddətdə əla qiymətlər alan şagirdimiz keçən il Lütfizadə adına məntiq olimpiadasında Samux rayon mərhələsini uğurla keçmişdir. Arzunun ən böyük arzusu müəllimləri kimi savadlı vətəndaş olmaqdır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ