Melkonyanın Xocavənddəki heykəli söküldü - Foto

Xocavənd şəhərində erməni terrorçu Monte Melkonyanın abidəsi sökülüb.

Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, M. Melkonyan 1957-ci il noyabrın 25-də ABŞ-də anadan olub. O, Türkiyə ordusuna qarşı PKK-nın həyata keçirdiyi əməliyyatlarda iştrak edib. ASALA terror təşkilatının ASALA-RM (revolutionary movement) qanadının qurucusudur. O, Xocalı soyqırımı zamanı əsir düşmüş azərbaycanlılara işgəncə verilməsində çox aktiv iştirak edib.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ