Bakıda yeni alınan son model avtomobilin üzərinə mişar daşı atdılar - video

Bakı sakininin yeni aldığı son model avtomobilinin üzərinə mişar daşı atılıb və maşına ziyan vurulub.

Xezerxeber.az-ın məlumatına görə, bu iddianı paytaxt sakini Ramal İsayev edir.

O, axşam saatlarında Binəqədi rayonu, Atatürk prospektində yaşadığı binanın qarşısında avtomobilini park edərək evinə gedib. Bir saatdan sonra ona qonşular məlumat verib ki, maşının üstünə mişar daşı atıblar.

Zərərçəkmiş Ramal İsayev heç kimlə şəxsi ədavətinin olmadığını deyir. Amma o iddia edir ki, “Avtomir N1” mağazasının sahibi ilə avtomobili yaşadığı binanın qarşısında park etmək üstündə mübahisə etdikdən sonra belə hadisə baş verib. Zərərçəkmiş polisə də məlumat verib. Əraziyə 5-ci polis bölməsinin əməkdaşları gələrək baxış keçiriblər.

Məsələ Daxili İşlər Nazirliyinin də nəzarətindədir. Din-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır və əmələ hüquqi qiymət veriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ