Azərbaycanda koronavirus: son statistika

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son bir həftədə (14.08.2023-20.08.2023) 27 yeni yoluxma faktı qeydə alınıb, doqquz nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlardan vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 832 071 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 747 nəfər müalicə olunaraq sağalıb, 10 295 nəfər vəfat edib, aktiv xəstə sayı 29 nəfərdir.

Ölkədə son həftə ərzində 2 516, hazırkı dövrədək isə 7 668 437 test aparılıb.

Son həftədə koronavirus (COVID-19) əleyhinə 166 nəfərə vaksin vurulub.

Bir həftədə birinci mərhələ üzrə 29, ikinci mərhələ üzrə 38, üç və daha çox doza üzrə 89, pozitiv nəticədən sonra buster doza üzrə 10 nəfər vaksinasiya olunub.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 968 857, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 152, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 309, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 014, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 382 təşkil edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ