Ukraynada həlak olan azərbaycanlılar dəfn edildi - Fotolar

Ukraynanın Xerson vilayətində həlak olan azərbaycanlılar - Orxan Əzizli və Ramiz Qədirlinin cənazələri ökəmizə gətirilib.

Zərdab rayonunun Məmmədqasımlı kənd icra nümayəndəsi Mətləb Müzəffərovun “Qafqazinfo”ya verdiyi məlumata görə, Orxan Əzizli və Ramiz Qədirli sözügedən kənddə dəfn olunublar.

Xatırladaq ki, bir neçə gün əvvəl Ukraynada kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan Orxan Əzizli və Ramiz Qədirli adlı iki azərbaycanlının Rusiya tankının atəş açması nəticəsində həlak olması barədə məlumat yayılmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ