Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirli qəzaya düşüb. Qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.
Qəzada ölən N. Şakirlinin dostu Ruslan Məmmədovdur. Onun Gəncədəki “İmperial” şadlıq evinin sahibi Şahin Məmmədovun oğlu olduğu bildirilir.
Qeyd edək ki, 29 yaşlı N. Şakirlinin sağ yuxarı ətrafı dirsəkdən amputasiya olunub. 23 yaşlı Fəxri Rüstəmov isə sağ əlin kəsiyi diaqnozu ilə xəstəxanaya çatdırılıb.