“Nikosayağı” qəzaya düşdü, qolu amputasiya edildi - Video

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli qəzaya düşüb.

Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

N. Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. 

Qəza ilə bağlı TƏBİB məlumat yayıb.

Məlumatda deyilir ki, xəsarət alanlar-29 yaşlı Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası, 23 yaşlı Fəxri Rüstəmov isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. Qəza nəticəsində həkimə qədər 1 ölüm qeydə alınıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ