Polis özünü körpüdən atmaq istəyən qadını xilas etdi - video

Lənkəranda 23 yaşlı qadın özünü körpüdən atmaq istəyib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Hirkan qəsəbəsi ərazisində qeydə alınıb.

Məlumata görə, qadın evli olub. O, ailədaxili problemlər səbəbindən özünü Ələt-Astara magistralının üstündən keçən körpüdən atmaq qərarına gəlib.

Ətrafdakı insanlar qadını fikrindən daşındırmağa çalışsalar da buna nail olmayıblar. Həmin vaxt yoldan keçən Lənkəran polis şöbəsinin əməkdaşının sayıqlığı nəticəsində intihara cəhdin qarşısı alınıb. Polis qəfil həmlə ilə qadını tutaraq xilas edib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ