Azərbaycanda tanınmış həkim vəfat etdi - foto

Azərbaycanın tanınmış həkimlərindən biri, uroloq - androloq Nazim Nəzərov vəfat edib.

“Medicina.az” xəbər verir ki, Nazim Nəzərov «UltraMed» Tibb Mərkəzinin baş həkimi, Türk Dünyası uluslararası Beynəlxalq Elmlər Akademiyasının Fəxri professoru, ali dərəcəli seksoloq idi.

O, uzun müddət doğulduğu Yardımlı rayonunda rayon Mərkəzi Klinikasının baş həkimi kimi də çalışıb.

2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının “I dərəcəli Hippokrat ordeni” ilə təltif edilmişdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ