Ev qiymətinə təhsil: Bakının ən bahalı məktəbləri - qiymətlər

Təhsil hər bir ölkənin inkişafında ən əhəmiyyətli mərhələlərdən biridir. Azərbaycan Respublikasında da təhsil sahəsi gələcək nəsilin formalaşdırılması üçün strateji prioritetdir. Ümumtəhsil məktəblərin, kollec və universitetlərin sayı artarkən, təhsil almağa maraqlı olan şagirdlərin, tələbələrin sayı da böyüyür. Lakin təhsilin keyfiyyəti və imkanları çox dəyişkəndir. 

Buta.media Bakının ən bahalı özəl məktəblərini araşdırıb.

XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi

İllik təhsil haqqı

  • Bağça (3-4 yaş) - 7 700 AZN
  • Məktəbə hazırlıq bölməsi (5 yaş) - 8 800 AZN
  • Məktəbə hazırlıq bölməsi (5 yaş, yarım gün) - 4 300 AZN
  • İbtidai siniflər (1-4-cü siniflər) - Azərbaycan bölməsi - 8 800 AZN,  Rus bölməsi - 10 800 AZN, İngilis bölməsi - 12 800 AZN
  • Orta təhsil (5-8-ci siniflər) - Azərbaycan bölməsi - 8 800 AZN,  Rus bölməsi - 10 800 AZN, İngilis bölməsi - 12 800 AZN
  • Orta təhsil (9-cu sinif) - Azərbaycan bölməsi - 8 800 AZN,  Rus bölməsi - 10 800 AZN, İngilis bölməsi - 13 300 (IGCSE)
  • Tam orta təhsil (10-cu sinif) - Azərbaycan bölməsi - 8 800 AZN,  Rus bölməsi - 10 800 AZN, İngilis bölməsi - 13 800 (AS Level)
  • Tam orta təhsil (11-ci sinif) - Azərbaycan bölməsi - 8 800 AZN,  Rus bölməsi - 10 800 AZN, İngilis bölməsi - 14 300 (A Level)

Avropa Azərbaycan Məktəbi (European Azerbaijan School)

Erkən hazırlıq mərhələsi (3-4 yaş) - aylıq 790 AZN

İllik təhsil haqqı

  • Erkən hazırlıq mərhələsi (5 yaş) - 7 900 AZN
  • İbtidai məkrəb (1-4-cü siniflər) - 10 400 AZN
  • Tam-orta məktəb (5-9-cu siniflər) - 12 500 AZN
  • Tam-orta məktəb (10 və 11-ci siniflər) - 15 500 AZN
  • Tam-orta məktəb (12-ci sinif) - 15 000 AZN

Bakı Oksford Məktəbi (Baku Oxford School)

BOS-da valideynlə müqavilə imzalanan zaman ilkin ödəniş tələb olunur. Hazırlıq sinifləri üzrə ilkin ödənişin minimal məbləği 2 000 manat, ibtidai və orta məktəb üzrə 3 000 manat təşkil edir.

İllik təhsil haqqı 

  • Erkən-ilkin hazırlıq mərhələsi - 8 000 AZN
  • İbtidai məkrəb - 16 500 AZN
  • Tam-orta məktəb (6,7,8-ci siniflər) - 16 800 AZN
  • Tam-orta məktəb (9,10,11,12-ci siniflər) - 17 000 AZN

Bakı Fransız Liseyi

Burada ilkin qeydiyyat haqqı 600 manatdır. Yalnız Liseyə ilk dəfə qeydiyyata düşərkən ödənilir və geri qaytarılmır. Təkrar qeydiyyat üçün isə 300 manat ödəməli olacaqsınız.

İllik təhsil haqqı

Azərbaycan vətəndaşları üçün 

  • Bağça - 9 680 AZN
  • İbtidai məktəb - 18 150 AZN
  • Kollec və lisey - 19 480 AZN
  • Tam-orta məktəb (11-12-ci siniflər) - 22 990 AZN

Xarici vətəndaşlar üçün

  • Bağça - 5 500 avro (10 226 AZN)
  • İbtidai məktəb - 10 290 avro (19 132 AZN)
  • Kollec və lisey - 11 070 avro (20 582 AZN)
  • Tam-orta məktəb (11-12-ci siniflər) - 12 030 avro (22 367 AZN)

Azərbaycan Beynəlxalq Məktəbi (“TISA International School of Azerbaijan”)

Siyahıda göstərilən məktəblər arasında dollarla təhsil haqqı alan yeganə özəl orta məktəbdir.

  • P1 (3 yaş) – 6 990 dollar (11 883 AZN)
  • P2 (4 yaş) - 16 980 dollar (28 866 AZN)
  • P3-P8 (5-10 yaş) - 25 690 dollar (43 673 AZN)
  • M1-M5 (11-15 yaş) - 25 690 dollar (43 673 AZN)
  • Post 16 Programme DP (16-18 yaş) - 25 690 dollar (43 673 AZN)

Məktəbin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, ödəniş haqqı üç hissə ilə ödənilə bilər - birinci semestr 40%, ikinci və üçüncü semestrlər isə 30%. Gecikdirilən ödənişə görə aylıq 1,5% (illik 18%) cərimə faizi əlavə olunur. Ödənişlər ödənilmədiyi təqdirdə şagirdlər məktəbə buraxılmır.

Bunlar sadəcə Azərbaycanın ən bahalı təhsil mərkəzlərindən bir neçəsidir. Çox sayda digər məktəb də fərqli qiymətlərlə yüksək keyfiyyətli təhsil təklif edir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ