Xırdalanda intihara cəhd edən kişi özünü yandırıbmış - Video

Xırdalanda bir nəfər intihara cəhd edib.

Fövqəladə Hallar Nazirliyi həmin intihara cəhd hadisəsinin videosunu yayıb. 

Görüntülərdə Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxan şəxsin ayaq nahiyəsini yandırdığı görünür. 

FHN-dən bildirilib ki, aparılan psixoloji söhbət nəticəsində vətəndaş intihar etmək fikrindən daşındırılıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ